Merts İranı BƏƏ-yə hücumda ittiham etdi
Almaniya kansleri Fridrix Merts Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) Bərəkə Atom Elektrik Stansiyasına edilən hücumun "İranın" hücumu olduğunu bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
"Biz İranın BƏƏ-yə və digər tərəfdaşlara qarşı yenidən hava hücumlarını qətiyyətlə pisləyirik. Nüvə obyektlərinə edilən hücumlar bütün bölgədəki insanların təhlükəsizliyinə təhdid yaradır. Zorakılığın daha da artmasına yol verilməməlidir. İran ABŞ ilə ciddi danışıqlara girməli, qonşularını təhdid etməyi dayandırmalı və Hörmüz boğazını məhdudiyyətlər olmadan açmalıdır"-deyə, Merts bildirib.
21:08 18.05.2026
Oxunuş sayı: 40