Bakıda böyük memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş təqdimat mərasimi keçirilir
Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə görkəmli memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş təqdimat mərasimi keçirilir.
Crossmedia.az xəbər verir ki, mərasim Azərbaycannda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı dövlət siyasəti çərçivəsində təşkil edilir və böyük memarın zəngin irsinin beynəlxalq səviyyədə təbliğini hədəfləyir.
Tədbir çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunmuş “Azərbaycan memarlıq irsinin dühası – 900” kitabının rəsmi təqdimatı keçiriləcək. Bununla yanaşı, Əcəmi Naxçıvaninin 900 illik yubileyi münasibətilə xüsusi hazırlanmış poçt markaları da ictimaiyyətə təqdim olunub.
Qeyd olunur ki, yeni nəşr və yubiley poçt markaları Azərbaycan memarlıq məktəbinin qədim ənənələrinin qorunmasına və dünya miqyasında tanıdılmasına xidmət edir.
Xatırladaq ki, mərasimdə dövlət və hökumət nümayəndələrinin, ölkədə akkreditə olunmuş diplomatik korpus üzvlərinin, eləcə də tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edir.
Elmir Heydərli
19:12 08.05.2026
Oxunuş sayı: 43