Tbilisidə mərhum şair Valeh Hacılara həsr olunan tədbir keçirilib
Gürcüstanın Bolnisi şəhərində fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə mərhum alim, şair və ictimai xadim Valeh Hacıların (Valeh Hacıyev) 75 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Tədbir Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində baş tutub.
Əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin, Ümummilli Lider Heydər Əliyevin və mərhum Valeh Hacıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Rezo Həsənov çıxışında alimin həyat və yaradıcılığından bəhs edib, onun zəngin elmi və ədəbi irsinin gənclər üçün örnək olduğunu vurğulayıb.
Digər çıxışçılar alimin elmi, pedaqoji və ədəbi fəaliyyətindən söz açıb, onun Azərbaycan və Gürcüstan arasında ədəbi-mədəni əlaqələrin inkişafındakı rolunu rolundan bəhs ediblər. Həmçinin gürcü ədəbiyyatı və mədəniyyəti ilə bağlı apardığı fundamental araşdırmalara görə Gürcüstan dövləti tərəfindən “Şərəf” ordeni ilə təltif olunması diqqətə çatdırılıb.
Daha sonra Valeh Hacıların Ulu Öndər Heydər Əliyevlə görüşlərindən, 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışından, eləcə də həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub.
14:30 08.05.2026
Oxunuş sayı: 46