Layihə gənclər üçün mühüm platformadır - Eşqi Bağırov
“Ən yaxşı təqdimat” müsabiqəsinə ötən illərə nisbətdə maraq daha çox artıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümum Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mediaya açıqlamasında bildirib.
O, bu layihəyə ötən illərə nisbətdə marağın artdığını və bunun çox müsbət bir hal olduğunu qeyd edib.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin təşkil etdiyi və şagirdlərin nitq, təqdimat, araşdırma və analitik düşüncə bacarıqlarının inkişafına yönələn layihələrdən biridir. Müsabiqədə iştirakçılar müxtəlif mövzular üzrə təqdimatlarla çıxış edir, onların sərbəst nitqi, auditoriya qarşısında çıxış bacarığı və yaradıcı yanaşması qiymətləndirilir.
Məlumat üçün bildirək ki, layihə son illərdə məktəblilər arasında ən çox maraq göstərilən müsabiqələrdən hesab olunur. Final mərhələsində ölkənin müxtəlif bölgələrindən şagirdlər iştirak edir, fərqlənən iştirakçılar isə diplom və xüsusi hədiyyələrlə mükafatlandırılır.
Elmir Heydərli
13:00 07.05.2026
Oxunuş sayı: 70