Xərçəngə qalib gələn məktəbli ölkə birincisi oldu
Kimya və biologiya təmayüllü Respublika Liseyinin 9-cu sinif şagirdi Emin Mustafazadə ağır xərçəng xəstəliyinə qalib gəldikdən sonra Respublika Fənn Olimpiadasında ölkə birincisi olub.
Crossmedia.az xəbər verir ki, Emin Mustafazadə 8-ci sinifdə Respublika Fənn Olimpiadasının qızıl medalçısı olub. Daha sonra o, xərçəng xəstəliyi səbəbindən bir il təhsildən uzaq qalıb və uzun müddət müalicə alıb.
Bütün çətinliklərə baxmayaraq, Emin yenidən təhsilinə qayıdaraq bu il 9-cu siniflər arasında keçirilən Respublika Fənn Olimpiadasında kimya fənni üzrə ölkə birincisi adına layiq görülüb.
Qeyd edək ki, Emin Mustafazadə daha əvvəl — 7-ci sinifdə oxuyarkən də Respublika Fənn Müsabiqəsinin qızıl medalını qazanıb.
07:50 07.05.2026
Oxunuş sayı: 45