Türkiyə-Azərbaycan Universiteti - ortaq universitet modeli nə dərəcədə uğurludur?
Azərbaycan-Türkiyə təhsil əməkdaşlığında yeni mərhələyə qədəm qoyur. Bu gün Türkiyə-Azərbaycan Universitetinə infotur təşkil edilib.
Crossmedia.az xəbər verir ki, infoturun əsas məqsədi universitetin fəaliyyəti, strateji hədəfləri və təqdim etdiyi təhsil imkanları barədə iştirakçılara ətraflı məlumat vermək, eyni zamanda onları mövcud və perspektivli layihələrlə yaxından tanış etməkdən ibarətdir.
Tədbir çərçivəsində universitetin tədris proqramları, beynəlxalq əməkdaşlıq əlaqələri və gələcək inkişaf istiqamətləri haqqında geniş təqdimat həyata keçiriləcək.
Bununla yanaşı, iştirakçılar universitetin müasir infrastrukturu ilə yerində tanış olmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, bu cür infoturlar ali təhsil müəssisələrinin açıq və şəffaf fəaliyyətinin təmin olunması, eləcə də potensial tələbə və tərəfdaşlar üçün məlumatlılığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır".
Elmir Heydərli
11:18 06.05.2026
Oxunuş sayı: 66