Nazir bu şəxsləri işdən çıxardı
Səhiyyə Nazirliyinin iki yüksək vəzifəli şəxsi işdən çıxarılıb.
Crossmedia.az xəbər verir ki, qurumun İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova və Daxili nəzarət şöbəsinin müdiri Oqtay Babayev vəzifələrindən azad olunublar.
Bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. (Qaynarinfo)
15:52 01.05.2026
Oxunuş sayı: 85