Nazir yetkinlik yaşına çatmayanlara yeni TƏLƏB QOYDU
Daxili işlər nazir general-polkovnik Vilayət Eyvazov yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi üçün profilaktik addımların davam etdirilməsini tələb edib.
Crossmedia.az-ın məlumatına görə, o, kollegiya iclasında bildirib ki, bəzi ərazi orqanlarının fəaliyyətində müəyyən nöqsan və çatışmazlıqlar mövcuddur.
Nazir onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi üçün profilaktik işin gücləndirilməsini, onların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması məqsədilə aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə birgə maarifləndirmə tədbirlərinin daha məqsədyönlü davam etdirilməsini tələb edib.
DİN rəhbəri, eyni zamanda, əməliyyat-xidməti fəaliyyətin bir sıra vacib istiqamətləri və aktual məsələləri üzrə konkret tapşırıq və tövsiyələrini verib.
17:52 21.04.2026
Oxunuş sayı: 48