Dünyada ən yüksək keçəllik göstəricisinə malik ölkələr açıqlanıb
Son araşdırmalara əsasən, saç tökülməsi və keçəllik bəzi ölkələrdə daha yüksək faizlə qeydə alınıb. Göstəricilər əsasən Avropa və Şimali Amerika ölkələrində daha çox müşahidə olunur.
Crossmedia.az xəbər verir ki, siyahıya İspaniya liderlik edir – 44.50%. Ardınca İtaliya (44.37%) və Fransa (44.25%) gəlir.
Daha sonra ABŞ (42.68%), Almaniya (41.51%), Xorvatiya (41.32%), Kanada (40.94%), Çexiya (40.90%), Avstraliya (40.80%) və Norveç (40.75%) yer alır.
Siyahının davamında Yeni Zelandiya (40.19%), Böyük Britaniya (40.09%) və Türkiyə (40.03%) də yüksək göstəricilərlə qeyd olunur.
00:30 21.04.2026
Oxunuş sayı: 45