Gizli məktub: Kastro ailəsindən Trampa təklif
Keçmiş Kuba prezidenti Raul kastronun nəvəsi diplomatik kanalları keçərək ABŞ prezidenti Donald Trampa gizli məktub çatdırıb.
Crossmedia.az bu barədə “The Wall Street Journal” a istinadən xəbər verir.
Məlumata əsasən, məktubda iqtisadi və investisiya əməkdaşlığı, eləcə də Kubaya qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması təklif olunub. Bununla yanaşı, Kuba rejiminin mümkün ABŞ müdaxiləsinə hazırlaşdığı barədə xəbərdarlıq da yer alıb.
Qeyd olunur ki, məktubu çatdıran şəxs lüks turizm sektorunda fəaliyyət göstərən 37 yaşlı iş adamı Roberto Karlos Çamizo Qonsales olub.
09:57 17.04.2026
Oxunuş sayı: 44