Köçəryan ABŞ-İran müharibəsindən danışıb
Biz İran ilə ABŞ-nin razılığa gəlməsində və İranın bu müharibədən daha böyük təsir gücü ilə çıxmasında ən böyük maraqlı tərəfik.
Crossmedia.az xəbər verir ki, bunu Ermənistan Respublikasının keçmiş prezidenti Robert Köçəryan “Böyük Siyasət” podkastında deyib.
“Əgər bu, həm də sanksiyaların yenidən nəzərdən keçirilməsi, onların aradan qaldırılması və ya kəskin yumşaldılması deməkdirsə, bu, İranla iqtisadi münasibətlər üçün yeni imkanlar açacaq. Əlbəttə ki, İranın ərəb ölkələri ilə münasibətlərini normallaşdırması üçün vaxt lazım olacaq, amma şübhə etmirəm ki, bütün bunlar çox tezliklə bərpa olunacaq və burada İranla iqtisadi cəhətdən açılmaq üçün əla fürsətimiz var. Mən bu ssenarini çox ehtimal olunan hesab edirəm.”, - deyə Köçəryan bildirib.
21:55 16.04.2026
Oxunuş sayı: 51