Media: İran ABŞ-ni yumorla məğlub edir
Böyük Britaniyanın “The Guardian” qəzeti İranın ABŞ ilə informasiya müharibəsində yumor və memlərdən istifadə edərək üstünlük qazandığını yazıb.
Crossmedia.az xəbər verir ki, nəşrin məlumatına görə, İranın dövlət qurumları son dövrlərdə ABŞ-nin Tehrana qarşı təhdid və addımlarını ələ salan çoxsaylı memlər yayımlayır. Qəzet qeyd edir ki, bu yanaşma informasiya müharibəsində yeni taktika kimi qiymətləndirilir.
“The Guardian” həmçinin ironik şəkildə bildirir ki, əgər İran raketləri qıcıqlandırıcı memlar qədər sürətlə istehsal etsəydi, ABŞ Mərkəzi Komandanlığı artıq geri çəkilə bilərdi.
18:23 16.04.2026
Oxunuş sayı: 54