Pentaqondan şok plan: Avtomobil zavodları silah istehsalına yönələ bilər
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “General Motors” və “Ford Motor” kimi iri avtomobil şirkətlərindən ölkədə hərbi istehsalın artırılmasına dəstək vermələrini istəyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, davam edən münaqişələr ABŞ-nin hərbi ehtiyatlarına ciddi təzyiq göstərir və bu səbəbdən istehsal imkanlarının genişləndirilməsi müzakirə olunur. Rəsmilər zavodların bir hissəsinin sursat və hərbi texnika istehsalına yönəldilib-yönəldilməyəcəyini araşdırır.
Qeyd olunur ki, bu addım İkinci Dünya müharibəsi dövründəki sənaye səfərbərliyi modelinə bənzər bir yanaşma kimi qiymətləndirilir.
17:33 16.04.2026
Oxunuş sayı: 57