Gərginlik uzanarsa ərzaq çatışmazlığı ola bilər
Böyük Britaniya İran ətrafında davam edən gərginliyin uzanacağı halda yarana biləcək ərzaq çatışmazlığı riskinə qarşı hazırlıqlara başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, rəsmi London mümkün ssenarilər çərçivəsində tədarük zəncirlərində pozulmalar və ərzaq təhlükəsizliyinə təsir ehtimalını qiymətləndirir.
Qeyd olunur ki, münaqişənin uzanması qlobal bazarlarda təchizat problemlərinə və qiymət artımlarına səbəb ola bilər. Hökumət isə bu risklərin idarə olunması üçün alternativ planlar üzərində işləyir.
17:52 16.04.2026
Oxunuş sayı: 50