ABŞ və İran Pakistanda növbəti danışıqlara hazırlaşır
ABŞ və İran nümayəndələrinin gələn həftə Pakistanda sülh danışıqlarının ikinci mərhələsi üçün görüşə biləcəyi bildirilir.
Crossmedia.az xəbər verir ki,bu barədə Pakistanın iki yüksək vəzifəli rəsmisi "MS NOW" nəşrinə açıqlamasında məlumat verib.
Məlumata görə, tərəflər münaqişəni diplomatik yollarla həll etmək istiqamətində səylərini davam etdirir və növbəti mərhələdə mühüm qərarların yekunlaşdırılması gözlənilir.
Qərarların hazırlanmasında iştirak edən, lakin prosesin həssaslığı səbəbilə adlarının açıqlanmasını istəməyən rəsmilər danışıqların irəliləyiş əldə etdiyini qeyd ediblər.
10:05 16.04.2026
Oxunuş sayı: 41