SEPAH: ABŞ və İsraillə əlaqəli qruplar zərərsizləşdirilib
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin cənub-şərqində ABŞ və İsraillə əlaqəli olduğu iddia edilən bir neçə “terrorçu qruplaşma”nın məhv edildiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qurumun yaydığı məlumata görə, əməliyyatlar zamanı ümumilikdə 55 nəfər saxlanılıb, onlardan 13-ü zərərsizləşdirilib.
Bildirilib ki, həmin qruplardan çoxlu sayda silah və sursat, partlayıcı maddələr, eləcə də rabitə avadanlıqları müsadirə olunub.
Açıqlamada qeyd olunub ki, qruplaşmaların planlarına yol kənarına partlayıcı yerləşdirmək, hərbi bazalara hücum etmək, rəsmi şəxsləri hədəfə almaq və ABŞ hava zərbələri üçün mühüm obyektlər barədə kəşfiyyat məlumatları toplamaq daxil olub.
09:31 16.04.2026
Oxunuş sayı: 52