ABŞ Rusiya və İran nefti ilə bağlı lisenziyaları yeniləməyəcək
ABŞ-nin maliyyə naziri Skott Bessent açıqlayıb ki, Vaşinqton Rusiya və İran neftinin alınmasına imkan verən ümumi lisenziyaları yeniləməyəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazir bildirib ki, ABŞ xüsusilə Çin tərəfindən bu alışların dayandırılmasını gözləyir.
Onun sözlərinə görə, artıq iki Çin bankına xəbərdarlıq edilib:
“Əgər İran pullarının hesablarınızdan keçdiyini sübut edə bilsək, ikinci dərəcəli sanksiyalar tətbiq etməyə hazırıq”.
Skott Bessent əlavə edib ki, ABŞ İran neftini alan ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməyə başlaya bilər.
Bu qərar Vaşinqtonun Rusiya və İran enerji gəlirlərini məhdudlaşdırmaq siyasətinin bir hissəsi kimi qiymətləndirilir.
09:25 16.04.2026
Oxunuş sayı: 46