Pentaqon rəhbərinin impiçmenti tələb olunur
Demokratlar ABŞ Müharibə Nazirliyinin (Pentaqon) rəhbəri Pit Heqsetin impiçmenti ilə bağlı qətnaməni aprelin 15-də təqdim etmək niyyətindədirlər.
Crossmedia.az "Axios"-a istinadən xəbər verir.
Pentaqon rəhbəri altı maddə ilə ittiham olunur:
▪️İrana qarşı qanunsuz müharibəyə başlamaq;
▪️Mülki şəxslərə qarşı hücumlar;
▪️Həssas məlumatlara laqeyd yanaşma;
▪️Konqresin nəzarətinə mane olmaq;
▪️Hakimiyyətdən sui-istifadə və hərbi qüvvənin istifadəsinin siyasiləşdirilməsi;
▪️Amerika Birləşmiş Ştatlarının və onun silahlı qüvvələrinin nüfuzuna xələl gətirən hərəkətlər.
23:15 15.04.2026
Oxunuş sayı: 53