Qəzzadakı fələstinli 3 ildir ki dağıntılar altında yaşayır
Qəzza zolağının mərkəzindəki Bureyc qaçqın düşərgəsində yaşayan 41 yaşlı fələstinli Rafik Bedran, bütün çətinliklərə baxmayaraq, təxminən üç ildir ki, İsrail hücumları nəticəsində dağıdılmış evinin dağıntıları altında uşaqlarının izlərini tapmağa çalışır.
Crossmedia.az "HaberGlobal"-a istinadən xəbər verir.
Evinin xarabalıqlarının yanında qurduğu çadırda yaşayan Bedran günlərini uşaqlarını axtararaq keçirir.
Bedran oktyabrın 17-i 2023-cü ildə İsrail ordusunun evlərinə raket hücumunda bütün ailəsini itirdiyini söyləyib.
Yaşadığı hadisələri göz yaşları içində danışan Bedran deyib: "Yeddi uşağım şəhid oldu. Həyat yoldaşım, anam və bacım da şəhid oldu".
O, iki uşağının hücumdan xəsarət alaraq sağ çıxdığını, oğlunun bir gözünü itirdiyini və qızının əl və ayaqlarından ciddi xəsarətlər aldığını qeyd etdi. Yeganə arzusunun dağıntılar altındakı uşaqlarının cəsədlərinə çatmaq və müalicə alan uşaqları ilə birlikdə olmaq olduğunu vurğulayan Bedran, kömək üçün etdiyi xahişi bu sözlərlə təkrarladı:"Mənim yalnız bir arzum var; dağıntılar altındakı uşaqlarımın cəsədlərinə çatmaq və müalicə alan iki uşağımın yanına getmək. 13 yaşlı qızım Yusranın İlizarov texnikasına ehtiyacı var və təəssüf ki, bu texnika bütün Misirdə ona tətbiq oluna bilmədi. Oğlum Məhəmməd də görmə qabiliyyətini itirdi. 3 ildir ki, onları görmək həsrəti ilə yaşayıram. Burada həyatını itirən 7 uşağım anaları, nənələri və xalası ilə birlikdə şəhid oldular. Amma mən sağ olan uşaqlarımı görmək istəyirəm. Bu, mənim üçün bütün dünyaya dəyərdi. Başqa heç nə istəmirəm; nə pul, nə də başqa bir şey. Hətta itlər belə burada yaşadığım həyatdan məmnun olmazdılar. Hər şeyə baxmayaraq, səbirliyəm və Allaha şükür edirəm. Uşaqlarımı görməyimə kömək etmələri üçün bütün dünyaya müraciət edirəm."
04:40 16.04.2026
Oxunuş sayı: 45