Macarıstanda media qalmaqalı: sərt açıqlama
"Tisa" Partiyasının rəhbəri, Macarıstanın yeni seçilmiş baş naziri Peter Maqyar hökumət qurulacağı təqdirdə dövlət media sistemində ciddi dəyişikliklər ediləcəyini və Viktor Orban dövrü ilə əlaqələndirilən “təbliğat mediası”nın fəaliyyətinin dayandırılacağını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, bildirib ki, yeni siyasi idarəetmə formalaşarsa, dövlət media strukturlarının mövcud forması ləğv edilə bilər və media sahəsində islahatlar aparılacaq.
Qanunun mümkün pozulması ilə bağlı iradlara cavab verən Magyar sərt ifadə işlədib: “Siz özünüz media qanununa əməl etməmisiniz. Sanki oğru polisə zəng edib.”
Məsələ Macarıstanda siyasi debatları daha da gərginləşdirib.
18:07 15.04.2026
Oxunuş sayı: 52