Ərdoğandan sosial mediaya sərt mesaj
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan sosial mediada ona və Türkiyəyə yönələn tənqid və təhqirlərə münasibət bildirərək sərt açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, bəzi istifadəçilərin ölkəsini və şəxsini hədəf alan ifadələrinə cavab olaraq bildirib ki, Türkiyə adi dövlət deyil və ona qarşı yönələn təhqirləri qəbul etmir:
“Sosial mediada məni və ölkəmizi təhqir edən uşaq qatillərinə bir daha bəzi həqiqətləri xatırladıram. Türkiyə Respublikası adi bir dövlət deyil. Heç bir qüvvə Türkiyəyə və ya onun prezidentinə diktə edə bilməz”, – deyə Ərdoğan qeyd edib.
17:44 15.04.2026
Oxunuş sayı: 207