Qriqoryan: Ermənistan–Rusiya dəmir yolları üzrə danışıqlar yoxdur
Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan bildirib ki, hazırda Ermənistan və Rusiya arasında dəmir yollarının güzəşt müqaviləsi ilə bağlı heç bir danışıqlar aparılmır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O qeyd edib ki, əgər gələcəkdə belə danışıqlar başlasa, tərəflər ortaq razılığa gələ bilərlər, lakin hazırkı mərhələdə proses mövcud deyil.
Qriqoryanın sözlərinə görə, bu istiqamətdə yayılan iddialar real vəziyyəti əks etdirmir.
17:37 15.04.2026
Oxunuş sayı: 49