Paşinyan: Sərhəddə uşaqların futbol oynaması sülhün göstəricisidir
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan ilə sülh prosesi barədə açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Baş nazir bildirib ki, sülh hüquqi cəhətdən məcburi xarakter daşımalıdır və sərhədin müəyyənləşdirilməsi üzrə komissiyaların işi bu çərçivədə davam edir.
O qeyd edib ki, Kirants kəndində məktəbin sərhədə çox yaxın yerləşməsi əvvəlki kimi qorxu yaratmır və şagirdlər hətta sərhəddən cəmi 30 metr məsafədə futbol oynayırlar.
Paşinyanın sözlərinə görə, “sərhəddə uşaqların normal həyat yaşaması” sülhün real göstəricisidir.
17:28 15.04.2026
Oxunuş sayı: 52