İran XİN: Atəşkəsin bütün bəndləri bir-biri ilə bağlıdır
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, “son atəşkəs memorandumu”nda “Livanda müharibənin dayandırılması” əsas bəndlərdən biri olub və razılaşmanın bütün hissələri bir-biri ilə sıx bağlıdır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, hazırda çox çətin şəraitdə danışıqlar aparılır və razılaşmanın yalnız bir hissəsini qəbul edib digərlərini təxirə salmaq mümkün deyil.
Açıqlamada qeyd olunub ki, atəşkəsin uzadılması ilə bağlı hələlik heç bir məlumat təsdiqlənməyib və məsləhətləşmələr yalnız İslamabadda fəaliyyət göstərən vasitəçi kanallar vasitəsilə aparılır.
Sözçü həmçinin bildirib ki, İranın digər cəbhələrə etinasızlığı barədə yayılan iddialar “reallıqdan uzaqdır” və Tehranın mövqeyi həm diplomatik, həm də hərbi strategiyanın tərkib hissəsidir.
17:21 15.04.2026
Oxunuş sayı: 53