İran əsas dəniz yollarını bağlamaqla hədələyir
İranın Xatəm əl-Ənbiya Qərargahı ABŞ-nin dəniz blokadası davam edəcəyi təqdirdə genişmiqyaslı dəniz məhdudiyyətləri tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, İran Fars körfəzi və Oman dənizi üzərindən həyata keçirilən ixrac-idxal əməliyyatlarını məhdudlaşdıra biləcəyini bildirib.
Açıqlamada qeyd olunub ki, gərginlik davam edərsə, Qırmızı dənizdə ticarət gəmiçiliyinin də bloklana biləcəyi istisna edilmir.
Tehran ABŞ-ın gələcək addımlarını atəşkəsin pozulması kimi qiymətləndirəcəyini vurğulayıb.
17:03 15.04.2026
Oxunuş sayı: 159