Paşinyan: Ermənistanda ömür uzunluğu rekord həddə çatıb
Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan rekord ömür uzunluğuna nail olub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, 2024-cü ilin sonuna qədər ölkədə orta ömür uzunluğu 78,6 ilə çatacaq ki, bu da hətta Sovet dövrü ilə müqayisədə ən yüksək göstəricidir.
Paşinyan qeyd edib ki, bu nəticə ölkədə sosial və səhiyyə sahəsində əldə olunan inkişafın göstəricisidir.
16:55 15.04.2026
Oxunuş sayı: 47