Tehran: ABŞ-la atəşkəs razılaşması təsdiqlənmir
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ ilə atəşkəsin uzadılması barədə mediada yayılan məlumatları təsdiqləməkdən imtina edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirlik bildirib ki, ABŞ danışıqlar prosesini dəfələrlə pozub və hərbi əməliyyatların dayandırılması ilə bağlı ciddiliyini sübut etməlidir.
Açıqlamada həmçinin qeyd olunub ki, tərəflər arasında danışıqların ikinci mərhələsinin tarixi hələ müəyyən edilməyib. Rəsmi Tehran Pakistanda keçirilən ilk mərhələdə ABŞ tərəfindən irəli sürülən təklifləri əsassız və qeyri-real hesab edir.
16:25 15.04.2026
Oxunuş sayı: 129