Samvel Karapetyan seçkilər üçün vətəndaşlıqlardan imtina edir
Həbsdə olan rusiyalı oliqarx Samvel Karapetyan Ermənistan parlament seçkilərində iştirak etmək məqsədilə Rusiya və Kipr vətəndaşlığından imtina prosesinə başladığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, bu qərarı seçkilərdə iştirak etmək niyyəti və qələbəyə inamı səbəbilə verib. Karapetyan qeyd edib ki, artıq müvafiq prosedurlara start verilib.
Sözügedən açıqlama onun ilk məhkəmə iclası zamanı səsləndirilib.
15:55 15.04.2026
Oxunuş sayı: 63