Səudiyyə ABŞ qərarını tənqid edir
Səudiyyə Ərəbistanı ABŞ-dən Hörmüz boğazı ilə bağlı tətbiq edilən blokada qərarının ləğv olunmasını və diplomatik danışıqlara qayıdılmasını istəyir.
Crossmedia.az bu barədə "The Wall Street Journal"a istinadən xəbər verir.
Məlumata əsasən, ərəb rəsmiləri ABŞ Prezidenti Donald Trampın qərarının regionda gərginliyi artıracağından narahatdır. Onların fikrincə, bu addım Bab əl-Məndəb boğazı kimi digər strateji dəniz marşrutlarında da təhlükəsizlik risklərini yüksəldə bilər.
Hesabatda qeyd olunur ki, Bab əl-Məndəb boğazı Qırmızı dəniz üzərindən Asiya və Avropa arasında əsas ticarət və enerji daşımaları üçün kritik əhəmiyyət daşıyır və burada hər hansı gərginlik Səudiyyə Ərəbistanının neft ixracını da ciddi şəkildə risk altına sala bilər.
11:05 14.04.2026
Oxunuş sayı: 55