İran 5 ərəb ölkəsindən kompensasiya tələb edir
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani rəsmi bəyanatla çıxış edərək bir sıra ölkələrdən reparasiya tələb edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Tehran Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyanın ABŞ və İsraillə birlikdə İrana qarşı əməliyyatlarda iştirak etdiyini iddia edir.
İravani bildirib ki, bu ölkələr öz ərazilərindən hərbi əməliyyatlar üçün istifadə olunmasına imkan verərək beynəlxalq hüququ pozub və nəticədə İrana dəyən maddi və mənəvi zərərə görə kompensasiya ödəməlidirlər.
Qeyd olunur ki, məsələ ilə bağlı adı çəkilən ölkələrdən hələlik rəsmi reaksiya verilməyib.
09:57 14.04.2026
Oxunuş sayı: 62