Macarıstanın yeni seçilmiş baş naziri ölkəsinin Rusiyadan asılı olduğunu etiraf edib
Macarıstan "Tisa" Partiyasının lideri, yeni seçilmiş baş nazir Peter Maqyar ölkəsinin enerji və xarici siyasəti ilə bağlı bir sıra açıqlamalar verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
O bildirib ki, yeni hökumət formalaşacağı təqdirdə Macarıstan Rusiya ilə praqmatik əməkdaşlığa hazır olacaq və ikitərəfli münasibətlərin düzgün istiqamətdə dəyişəcəyini gözləyir.
Maqyarın sözlərinə görə, "Drujba" boru kəməri vasitəsilə Rusiya neftinin tədarükünün dayandırılması ölkənin enerji təhlükəsizliyi üçün ciddi təhdid yaradır.
O, vurğulayıb ki, Budapeşt enerji baxımından Moskvadan asılı vəziyyətdədir və buna görə də praqmatik münasibətlərə ehtiyac var.
Siyasətçi,həmçinin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin ilə mövcud enerji müqavilələrinin, o cümlədən Paks II nüvə elektrik stansiyasının layihəsinin şərtlərini müzakirə etmək niyyətindədir.
Maqyar əlavə edib ki, Rosatom tərəfindən həyata keçirilən elektrik stansiyasının tikinti xərcləri son dərəcə şişirdilib.
19:45 13.04.2026
Oxunuş sayı: 52