ABŞ–İran danışıqlarının yeni mərhələsi planlaşdırılır
Misir, Pakistan və Türkiyə vasitəçi qismində çıxış edərək yeni diplomatik təşəbbüs irəli sürüblər.
Crossmedia.az bu barədə “Axios” a istinadən xəbər verir.
Bildirilib ki, tərəflər ABŞ ilə İran arasında danışıqların növbəti mərhələsini atəşkəs razılaşmasının müddəti başa çatmadan — 21 aprel tarixinədək keçirməyə çalışırlar.
Mənbələrin sözlərinə görə, əsas məqsəd gərginliyin yenidən artmasının qarşısını almaq və mövcud atəşkəs rejimini qorumaqdır.
15:47 13.04.2026
Oxunuş sayı: 47