İrandan SƏRT XƏBƏRDARLIQ: Heç bir liman təhlükəsiz olmayacaq
İran öz obyektlərinin hədəfə alınacağı təqdirdə region ölkələrinin limanlarını cavab hücumları ilə hədələyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran ordusunun açıqlamasında bildirilib.
Qeyd olunub ki, əgər Fars körfəzi və Oman körfəzində yerləşən İran limanlarının təhlükəsizliyi təhlükə altına düşərsə, regiondakı digər limanların da təhlükəsiz olmayacağı vurğulanır.
“Fars körfəzi və Oman körfəzi limanlarında təhlükəsizlik ya hamı üçün, ya da heç kim üçün deyil”, – deyə açıqlamada qeyd olunub.
Eyni zamanda İran tərəfi ABŞ-nin beynəlxalq sularda gəmilərin hərəkətinə məhdudiyyətlərini qanunsuz və piratçılıq aktı kimi qiymətləndirib.
15:25 13.04.2026
Oxunuş sayı: 445