WUF13 günlərində dərslər onlayn ola bilər – rəsmi qərar gözlənilir
Bakıda WUF13-ün keçirildiyi müddətdə dərslərin onlayn formata keçirilməsi və bəzi yolların bağlanması məsələsi müzakirə olunur. Belə ki, əvvəlki illərdə, xüsusilə COVID-19 dövründə tətbiq edilən məhdudiyyətlər və distant təhsil təcrübəsi cəmiyyətdə oxşar addımların yenidən atıla biləcəyi ilə bağlı suallar yaradır.
Bu baxımdan, forum günlərində dərslərin onlayn keçirilməsi ehtimalı istisna edilmir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Crossmedia.az-a açıqlamasında məsələni aydınlaşdırıb. O bununla bağlı rəsmi qərarın hələ olmadığını vurğulayıb:
"Beynəlxaq Şəhərsalma Forumunun keçirilməsi zamanı dərslərin online olması ilə bağlı hər hansı rəsmi qərar hələ ki yoxdur. Lakin həmin zamanda ölkəmizə 10 minlərlə adamın qonaq olaraq forumda iştirak üçün gələcəyini və bu tədbirin əhəmiyyətinin həm bizim üçün, həm də digər ölkələr üçün ciddiyətini nəzərə alsaq, bu baxımdan tədbirin keçiriləcəyi günlərdə asayişin qorunması, sıxlığın qarşının alınması məqsədilə bu addımların atılacağı ehtimal olunur.

Adətən böyük tədbirlərdə ölkəmizdə daha uyğun şəraitin yaradılması üçün təhsilin online formaya keçməsi təmin edilir. Zərurət və ehtiyac yarandığı təqdirdə müvafiq qurumlar ictimaiyyəti bu barədə məlumatlandıracaq".
Ekspert hesab edir ki, dərslərin online keçirilmə ehtimalı böyükdür. Belə ki, tədbir keçirilən günlərdə tıxacın qarşısını almaq və ictimai asayişin yüksək səviyyədə mühafizə olunması təmin olunması məqsədi ilə ola bilər.
Fatimə
14:32 13.04.2026
Oxunuş sayı: 657