MDB-nin İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dəyişikliklərə dair Protokol təsdiqlənib
"Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsinə dair Protokol" xüsusi qeyd-şərt nəzərə alınmaqla təsdiq edilib.
Crossmedia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.
Qeyd-şərtə əsasən, sənəd dövlətlər və digər beynəlxalq hökumətlərarası təşkilatlarla siyasi əməkdaşlıq vә qarşılıqlı fəaliyyət məsələlərində Baş katibin MDB-nin sahəvi əməkdaşlıq orqanlarının işini əlaqələndirmək səlahiyyəti istisna olmaqla təsdiq edilir.
Qeyd edək ki, sənəd 2023-cü il oktyabrın 13-də Bişkek şəhərində imzalanmışdı.
16:36 07.04.2026
Oxunuş sayı: 41