İran İsrailə raket hücumlarını davam etdirir
İran bu gün səhər saatlarından etibarən İsrail ərazisinə raket hücumlarını davam etdirir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, İran tərəfindən atılan ballistik raketlər əsasən ölkənin mərkəzi bölgələrini hədəf alıb və bir sıra ərazilərdə hava həyəcan siqnalları səslənib.
İsrail ordusu (IDF) hücumları təsdiqləyərək bildirib ki, raketlərin bir hissəsi hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Bununla belə, bəzi raket qalıqları müxtəlif ərazilərə düşüb və hadisə yerlərində partlayış səsləri qeydə alınıb.
Bu hücumlar son günlər regionda kəskinləşən İran–İsrail qarşıdurmasının növbəti mərhələsi kimi qiymətləndirilir. İsrailin İran ərazisində həyata keçirdiyi genişmiqyaslı hava zərbələrindən sonra Tehran cavab tədbirləri olaraq raket hücumlarını artırıb.
Mütəxəssislər bildirirlər ki, tərəflər arasında qarşılıqlı hücumların intensivləşməsi regionda daha genişmiqyaslı münaqişə riskini artırır.
16:10 07.04.2026
Oxunuş sayı: 45