İran ABŞ ilə müvəqqəti atəşkəsi rədd edib
İran ABŞ ilə istənilən müvəqqəti atəşkəs təklifini qəbul etməyib.
Crossmedia.az bu barədə “Reuters” ə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, rəsmi Tehran mövcud şəraitdə qısamüddətli atəşkəsin regiondakı vəziyyəti dəyişməyəcəyini hesab edir və bu cür razılaşmaların davamlı həll yolu olmadığını vurğulayır.
İran tərəfi əsas diqqətin uzunmüddətli və sabit razılaşmalara yönəldilməli olduğunu qeyd edib.
Hazırda tərəflər arasında gərginlik davam edir və diplomatik səylərin nəticəsiz qalması bölgədə vəziyyətin daha da mürəkkəbləşə biləcəyi ehtimalını artırır.
15:00 07.04.2026
Oxunuş sayı: 45