İstanbulda narkotik əməliyyatı: Məşhurlar həbs edildi
Bu səhər Beykoz Rayon Prokurorluğu tərəfindən narkotik maddələrin qaçaqmalçılığı ilə bağlı geniş əməliyyat keçirilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Əməliyyat nəticəsində İbrahim Çelikkol, Mustafa Ceceli, Bengü, Simge Sağın, Melek Mosso və digər məşhur şou-biznes xadimləri haqqında həbs qərarı çıxarılıb.
Həbs olunanlar narkotik maddələrin əlavəsi, saxlanması, istifadəsi və yayılması ittihamı ilə üzləşiblər.
İstanbul hüquq-mühafizə orqanları əməliyyatın davam edəcəyini və əlavə açıqlamaların veriləcəyini bildiriblər.
12:55 07.04.2026
Oxunuş sayı: 49