Çeçenistan İçkeriya Respublikasını terror təşkilatı elan edib
Rusiya məhkəməsi qondarma Çeçenistan İçkeriya Respublikasını və onun Avropa ölkələrində fəaliyyət göstərən strukturlarını terror təşkilatı kimi tanıyıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qərara əsasən, bu qurumun həm Rusiyada, həm də xaricdə fəaliyyət göstərən bütün əlaqəli şəbəkələri qanunsuz elan olunur və onların fəaliyyəti qadağan edilir.
Rusiya tərəfi bildirir ki, bu addım ölkənin təhlükəsizliyini qorumaq və ekstremist fəaliyyətlərin qarşısını almaq məqsədi daşıyır.
Hələlik qərarla bağlı beynəlxalq reaksiyalar və əlavə detallı açıqlamalar verilməyib.
13:26 07.04.2026
Oxunuş sayı: 42