İrana qarşı əməliyyatda 370-dən çox ABŞ əsgəri yaralanıb
İrana qarşı aparılan əməliyyat zamanı ABŞ hərbçiləri arasında ciddi itkilərin olduğu açıqlanıb.
Crossmedia.az bu barədə "CBS News " ə istinadən xəbər verir.
Məlumata görə, İranın Küveytdə yerləşən Əli əl-Salem hava bazası üzərinə pilotsuz uçuş aparatı ilə həyata keçirdiyi hücum nəticəsində 15 ABŞ hərbçisi yaralanıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən verilən məlumatda bildirilir ki, ümumilikdə İrana qarşı əməliyyat çərçivəsində yaralanan amerikalı hərbçilərin sayı 370-i keçib. Onlardan təxminən 330-u artıq xidmətə qayıdıb.
Hazırda 5 hərbçinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Digər yaralıların isə müalicəsi davam edir.
09:47 07.04.2026
Oxunuş sayı: 60