Rusiya Şimali Koreyanı ABŞ-nin "əlindən aldı"
Rusiya resurslarına çıxış Şimali Koreya prezidenti Kim Çen İnə hərbi-sənaye bazasını yenidən işə salmağa imkan verdi, buna görə də onun artıq sanksiyaları yumşaltmaq üçün ABŞ ilə danışıqlara təcili ehtiyacı yoxdur.
Crossmedia.az xəbər verir kİ, bu fikri Yeni Avropa Mərkəzinin baş analitik köməkçisi və Asiya-Sakit Okean regionu üzrə ekspert Nataliya Butırskaya "Ukrinform"-a verdiyi müsahibədə bildirib.
Ekspert qeyd edib ki, ABŞ lideri ilə görüş həm Kim Çen Inın babasının, həm də atasının arzusu idi.
Lakin onlar ABŞ ilə birbaşa danışıqlara girə bilmədilər.
İyunun 12-i 2018-ci ildə Sinqapurda ABŞ prezidenti Donald Trampla keçirilən sammit zamanı o, əsas məqsədinə - sanksiyaları yumşaltmağa nail ola bilmədi.
09:45 07.04.2026
Oxunuş sayı: 50