Vilayəti Trampı tənqid etdi: Fars körfəzi mərc yeri deyil
İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ABŞ prezidenti Donald Tramp barədə sərt açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Vilayəti sosial şəbəkədə paylaşım edərək bildirib ki, Trampın İranın elektrik şəbəkəsinə zərbə vurmaqla bağlı təhdidləri qəbuledilməzdir. O, ABŞ prezidentini kəskin tənqid edərək belə yazıb: “Axmaq ABŞ prezidenti İranı onun elektrik şəbəkəsinə zərbə vurmaqla hədələyib.”
İran rəsmisi həmçinin ərəb ölkələrinin liderlərinə çağırış edərək vurğulayıb ki, bölgənin sabitliyi qorunmalıdır: “Ərəb ölkələrinin liderləri bölgənin qaranlığa qərq olmasının qarşısını almaq üçün Trampa Fars körfəzinin mərc yeri olmadığını aydın şəkildə bildirməlidirlər.”
Açıqlama regionda artan gərginlik fonunda səsləndirilib.
17:48 06.04.2026
Oxunuş sayı: 48