İranda Əli Xameneyinin anım mərasimi keçiriləcək
İranda ölkənin keçmiş ali rəhbəri Əli Xameneyinin vəfatının 40-cı günü ilə əlaqədar genişmiqyaslı yas mərasimləri təşkil olunacaq.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, mərasimlər 8–10 aprel tarixlərini əhatə edəcək və ölkənin əksər bölgələrində keçiriləcək. Bununla bağlı İran İslami Təbliğat Təşkilatı və İslam Təbliğat Koordinasiya Şurası rəsmi açıqlama yayıb.
Açıqlamada bildirilib ki, şəhər meydanlarında kütləvi matəm tədbirləri, sinə döymə mərasimləri və dini ayinlər təşkil olunacaq. Həmçinin, matəm qruplarının Tehranda yerləşən Xameneinin dağıdılmış iqamətgahına doğru yürüş edəcəyi qeyd olunur.
Proqrama əsasən, çərşənbə günü saat 20:00-dan etibarən ölkə üzrə əsas meydanlarda, məscidlərdə və müqəddəs məkanlarda Quran oxunuşları, mərsiyələr və anım tədbirləri keçiriləcək.
17:38 06.04.2026
Oxunuş sayı: 45