İran ABŞ-nin planını rədd edib
Bu gün İran, ABŞ tərəfindən təqdim olunan 15 maddəlik planı “heç bir şəkildə məqbul deyil” adlandıraraq rədd edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında açıqlama verib. Onun sözlərinə görə, ABŞ-nin irəli sürdüyü plan İran üçün “son dərəcə iddialı və əsassızdır” və qəbul edilə bilməz.
Bəqayi bildirib ki, İran öz maraqları və prinsipləri əsasında qanuni və məntiqli tələblərini formalaşdırıb və bu tələblər vasitəçi ölkələr üzərindən Vaşinqtona çatdırılıb. O vurğulayıb ki, bu yanaşma “təslim olmaq” kimi qiymətləndirilə bilməz.
“İran cəsarətlə mövqeyini açıqlayıb və lazım olduqda bunu rəsmi şəkildə təqdim edəcək. Vasitəçi ölkələrlə mesaj mübadiləsi isə diplomatik praktikanın normal hissəsidir”, – deyə o əlavə edib.
Qeyd edək ki, tərəflər arasında gərginlik davam edir və yaxın günlərdə yeni diplomatik addımların atılması gözlənilir.
15:40 06.04.2026
Oxunuş sayı: 47