Rusiya Hörmüz boğazına hərbi qüvvə göndərib
Rusiya İranı dəstəkləmək məqsədilə Hörmüz boğazı yaxınlığına nüvə enerjisi ilə işləyən sualtı qayıq yerləşdirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sosial mediada yayılan iddialara əsasən, Rusiya bölgəyə ümumilikdə altı sualtı qayıq, o cümlədən iki nüvə sualtı qayığı göndərib. Bildirilir ki, bu addımın məqsədi İran sahillərinə mümkün yaxınlaşmaların qarşısını almaq və ABŞ-İsrail fəaliyyətlərinə qarşı çəkindirici rol oynamaqdır.
Hərbi ekspertlərin fikrincə, bu cür yerləşdirmə Qərbə açıq mesaj xarakteri daşıyır və bölgədə eskalasiyanın genişlənəcəyi təqdirdə Rusiya-nın da prosesə birbaşa cəlb oluna biləcəyini göstərir.
Qeyd edək ki, bu məlumatlar hələlik rəsmi mənbələr tərəfindən tam təsdiqlənməyib və vəziyyət sürətlə dəyişə bilər.
15:32 06.04.2026
Oxunuş sayı: 217