İsrail SEPAH-ın yüksək rütbəli rəsmisini öldürüb
İsrail SEPAH-ın yüksək rütbəli rəsmisini öldürüb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, SEPAH-ın Neft Qərargahında kommersiya işlərinə cavabdeh olan Məhəmmədrza Əşrəfi Qehi İsrail əməliyyatı zamanı həlak olub. Onun Feşam bölgəsindəki mənzilinin hədəfə alındığı bildirilir və SEPAH zabitinin ailəsinin də onunla birlikdə öldüyü vurğulanıb.
Əşrəfi Qehi SEPAH-ın Neft Qərargahının Kommersiya İşləri üzrə rəhbəri olub və ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) proqramlarının maliyyələşdirilməsində mühüm rol oynayıb. Mənbələr onun biznes şəbəkəsinin SEPAH-ın hərbi imkanlarının genişləndirilməsinə və terror fəaliyyətlərinin maliyyələşdirilməsinə şərait yaratdığını qeyd edirlər.
15:16 06.04.2026
Oxunuş sayı: 47