Ukrayna Novorossiyskdəki neft terminalına hücum edib
Ukrayna qüvvələri Qara dənizdə Rusiyanın Novorossiysk limanında yerləşən neft terminalına hücum həyata keçirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hücum nəticəsində 1 və 2 nömrəli yükləmə körpülərinə ciddi ziyan dəyib.
Zərbələr həmçinin neft yükləmə körpülərinin idarəetməsini təmin edən boru kəməri sisteminin neft keyfiyyətinə nəzarət (NKM) qovşaqları və bağlama klapanlarına da təsir edib. Bu infrastruktur neft axınlarının körpülər arasında kommersiya ölçülməsi və paylanmasını təmin edir.
İki əsas körpüyə və digər qovşaqlara eyni vaxtda zərbə endirilməsi faktiki olaraq yükləmə prosesinin dayandırılmasına səbəb olub.
12:20 06.04.2026
Oxunuş sayı: 52