İran neft yükləmə qrafikləri tələb edir
İraqın dövlət neft ticarəti şirkəti (SOMO) müştərilərindən neftin yüklənmə qrafiklərini 24 saat ərzində təqdim etməyi tələb edib.
Crossmedia.az bu barədə Reuters-ə istinadən məlumat verir.
Bundan əvvəl KİV-də İranın İraqı Hörmüz boğazı vasitəsilə tranzitlə bağlı hər hansı məhdudiyyətdən azad etdiyi barədə məlumatlar yayılmışdı.
Şirkət Bəsrədəki terminallar da daxil olmaqla, ixrac infrastrukturunun müqavilələrin icrasına tam hazır olduğunu bəyan edib. Bununla belə, bazar iştirakçıları regionda gərginliyin davam etməsi səbəbindən vəziyyətin qeyri-müəyyən qaldığını vurğulayırlar.
Turqut Ansari
11:15 06.04.2026
Oxunuş sayı: 49