ABŞ və İran arasında 45 günlük atəşkəs müzakirə olunur
ABŞ və İran tərəfləri arasında 45 günlük atəşkəs imkanları müzakirə olunur.
Crossmedia.az bu barədə "Axios" a istinadən xəbər verir.
Danışıqların detalları açıqlanmasa da, tərəflər arasında gərginliyin azaldılması istiqamətində diplomatik təmasların davam etdiyi bildirilir.
Bu fonda, "Iran War Cost Tracker" platformasının məlumatına əsasən, ABŞ-nin İrana qarşı həyata keçirdiyi əməliyyatların dəyəri son 36 gün ərzində 42 milyard dolları ötüb.
09:40 06.04.2026
Oxunuş sayı: 3684