Paşinyanın iştirak etdiyi ayində insident: Ayıb olsun sizə, xain
İrəvan şəhərində yerləşən Müqəddəs Qriqor Lusavoriç kilsəsində insident baş verib.
Crossmedia.az bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Ayini icra edən erməni yepiskop Anuşavan Jamkoçyanın çıxışı zamanı iştirak edən dindarlardan biri “Ayıb olsun sizə, xain” deyə qışqırıb.
Qeyd olunub ki, bu kilsədə “Müqəddəs Diriliş” ayinində Ermənistan Baş naziri Nikol Paşinyan, prezident Vahaqn Xaçatryan, müdafiə naziri Suren Papikyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iştirak ediblər.
20:00 05.04.2026
Oxunuş sayı: 64